Əsas Səhifə > Olimpiya > Avram Qrantın Bakı səfəri ilə bağlı

Avram Qrantın Bakı səfəri ilə bağlı


28-08-2017, 16:51


Xəbər verdiyimiz kimi, “Çelsi”nin sabiq baş məşqçisi Avram Qrant Bakıdadır. Onun baş məşqçi axtarışında olan “Neftçi” ilə danışıq aparmaq üçün paytaxtımıza gəldiyi də iddia olunur.

Ancaq klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Əfsərli Qol.az-a açıqlamasında israilli mütəxəssislə danışıq aparılmadığını bildirib:

“Qrantın “Qarabağ”ın futbolçusu Kuba ilə şəklini Feysbukda görmüşəm. Ancaq onun Bakıya səfərinin “Neftçi” ilə bağlılığı yoxdur”.

Klur rəsmisi yaxın günlərdə yeni baş məşqçi məsələsinin dəqiqləşəcəyini deyib. O, komandaya müvəqqəti rəhbərlik edən Elşad Əhmədovun da baş məşqçi təyin ediləcəyini istisna etməyib: “Böyük ehtimalla yeni baş məşqçi yerli mütəxəssis olacaq. Hələ ki, komandaya Elşad müəllim rəhbərlik edir. “Kəpəz”lə oyundan sonra rəhbərlik onun işindən razı qaldı. Yaxın günlərdə, məşqçi təyinatı ilə bağlı rəsmi məlumat verəcəyik”.
Geri qayıt