Əsas Səhifə > Olimpiya > BOK “Tokio 2020”də iştirak edəcək boksçuların sayını açıqlayıb

BOK “Tokio 2020”də iştirak edəcək boksçuların sayını açıqlayıb


10-01-2020, 20:44
BOK “Tokio 2020”də iştirak edəcək boksçuların sayını açıqlayıb

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək boksçuların sayını açıqlayıb.
BrendSport.az TASS agentliyinə istinadla xəbər verir ki, BOK-un İsveçrənin Lozanna şəhərində keçirilən iclasında Olimpiadada 100 qadın və 189 kişi boksçunun mübarizə aparacağı elan edilib. Bildirilib ki, BOK Beynəlxalq Boks Assosiasiyasının (AIBA) diskvalifikasiyası ilə əlaqədar Tokio Olimpiadasında idmanın bu növü üzrə yarışların təşkilini öz üzərinə götürüb. Bu il yanvar-may aylarında təşkil ediləcək lisenziya xarakterli yarışlardan sonra Olimpiadada mübarizə aparacaq boksçular müəyyənləşəcək. Olimpiya Oyunlarında kişilər 8, qadınlar 5 çəki dərəcəsində mübarizə aparacaqlar.
İclasda, həmçinin qeyd edilib ki, BOK gələcəkdə iştirakçılar arasında gender bərabərliyinin təmin olunmasına çalışacaq. Tədbirdə “Olimpiada-2016”da iştirak etmiş hakimlərin Tokio Olimpiadasına dəvət edilməyəcəkləri də vurğulanıb.
Xatırladaq ki, Tokio Yay Olimpiya Oyunları bu il iyulun 24-dən avqustun 9-dək keçiriləcək.
Geri qayıt