Əsas Səhifə > Olimpiya > Bakıda “Olimpiya Gündəliyi-2020 və Olimpiya Hərəkatınn gələcəyi” mövzusunda seminar-konfrans keçirilir

Bakıda “Olimpiya Gündəliyi-2020 və Olimpiya Hərəkatınn gələcəyi” mövzusunda seminar-konfrans keçirilir


3-10-2017, 16:28


Bakıda Avropa Milli Olimpiya Akademiyalarının iştirakı ilə “Olimpiya Gündəliyi-2020 və Olimpiya Hərəkatınn gələcəyi” mövzusunda seminar-konfrans keçirilir.

Konfransda Avropa Milli Olimpiya Akademiyalarının üzvləri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi və Milli Olimpiya Akademiyasının direktoru Ağacan Abıyev iştirak edir.
Tədbir çərçivəsində konfrans iştirakçıları Olimpiya Hərəkatı və Oyunları, Olimpiya dəyərləri haqqında məruzə ilə çıxış edəcək. Konfrans Avropa Olimpiya Akademiyasının dəstəyi ilə Olimpiya təhsilinin təbliği və Olumpiya idmanınında elmi-tədqiqat işlərinin aktivləşdirilməsi məqsədi daşıyır.
Seminar-konfransın təşkilatçıları Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Təhsil Nazirliyidir. Ən yaxşı 3 məruzə diplomlarla mükafatlandırılacaq. Məruzə çıxışları və Avropa Olimpiya Akademiyaları Assosiyasiyasının təşəbbüs iclasları da keçiriləcək.

REPORT.AZ
Geri qayıt