Əsas Səhifə > Olimpiya > Azərbaycanın paralimpiyaçı üzgüçüsü Dünya Seriyasında qızıl medal qazanıb

Azərbaycanın paralimpiyaçı üzgüçüsü Dünya Seriyasında qızıl medal qazanıb


28-04-2019, 17:34


Üzgüçülük üzrə paralimpiya milli komandamızın üzvü Roman Saleh Böyük Britaniyanın Qlazqo şəhərində keçirilən Dünya Seriyasında qızıl medal qazanıb.

BrendSPort.az xəbər verir ki, idmançımız 100 metr məsafəni 1 dəqiqə 0,61 saniyəyə qət edərək bütün rəqiblərini geridə qoyub.

Xatırladaq ki, Beynəlxalq Paralimpiya Komitəsinin üzgüçülük üzrə Dünya Seriyası aprelin 29-dək davam edəcək. Yarışlarda ölkəmizi Könül Süleymanova, Raman Saleh, Vəli İsrafilov və Şamil Şahov təmsil edirlər. Bu yarış sentyabrda Londonda keçiriləcək dünya çempionatına minimal təsnifat xalı qazandırır.
Geri qayıt