Əsas Səhifə > Olimpiya > Çingiz Hüseynzadə: Yay aylarında bütün idman növləri üzrə kurslar təşkil etməyi planlaşdırırıq
Çingiz Hüseynzadə: Yay aylarında bütün idman növləri üzrə kurslar təşkil etməyi planlaşdırırıq26-04-2019, 11:37 |
Yay aylarında bütün idman növləri üzrə kurslar təşkil etməyi planlaşdırırıq. BrendSport.az xəbər verir ki, Bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə aprelin 25-də AZƏRTAC-a müsahibəsində bildirib. Ç.Hüseynzadə deyib: “Bildiyiniz kimi, bu gün Milli Olimpiya Komitəsində növbəti beynəlxalq məşqçilər kursunun nəticələrinə həsr olunmuş tədbir keçirdik. Bu kurslar atletika üzrə bu il keçirdiyimiz birinci kursdur. Amma biz bu kursları müxtəlif idman növləri üzrə keçiririk. Artıq bu kurslar 5 idman növü üzrə baş tutub. Kursların əsas məqsədi Azərbaycanın regionlarında məşqçi müəllimlərin hazırlanması və onların məşqçi səviyyəsinin yüksəldilməsidir. On iki gün davam edən bu kursun bu gün imtahanları olub. Nəticələr qənaətbəxşdir. Kursda iştirak edən 16 iştirakçıdan 14-ü müsbət nəticə göstərib. Bu, o deməkdir ki, bizim təkcə Bakıda deyil, regionlarda da güclü müəllim məşqçilərimiz var”. Biz bir aydan sonra hakimlərimiz üçün də belə kurslar keçirdəcəyik. Yay aylarında isə ikinci dəfə məşqçilərimiz üçün belə kurslar təşkil etməyi planlaşdırırıq. Amma bu kurslar təkcə atletika idman növü üzrə yox, bütün idman növləri üzrə olacaq”. Xarici mütəxəssislərin bu kurslara cəlb olunması ilə bağlı MOK-un vitse-prezidenti deyib: “Hər bir kursun beynəlxalq reytinqdə öz yeri var. Biz bu kursu keçirmək üçün öz mütəxəssislərimizi xaricdə kurslara göndərmişik. Məsələn, bu kursu aparan lektor Beynəlxalq Atletika Federasiyasının lektoru səviyyəsində olan şəxsdir. O, beynəlxalq kurslarda iştirak edib və yerli kursları keçirmək hüququ qazanıb. Hər hansı idman növləri üzrə yerli mütəxəssis olmadıqda biz onda xarici mütəxəssisləri dəvət edirik”. Geri qayıt |