Əsas Səhifə > Olimpiya > 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarının cədvəli açıqlanıb

2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarının cədvəli açıqlanıb


17-04-2019, 10:07


2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarının Təşkilat Komitəsi yarışların və tədbirlərin tam cədvəlini elan edib.

BrendSport.az TASS agentliyinə istinadla xəbər verir ki, bu cədvəl Təşkilat Komitəsinin internet saytında yerləşdirilib.

Olimpiya Oyunlarının proqramına 33 idman növü daxildir. Beysbol/softbol, karate, serfinq, qayayadırmanma və skeytbordinq üzrə yarışlar ilk dəfə keçiriləcək. Oyunların açılış mərasimi iyulun 24-də olacaq, bundan iki gün əvvəl isə qadın futbolu və softbol yarışları başlayacaq. Medalların ilk dəstinin qalibləri iyulun 25-də pnevmatik tüfəngdən 10 metr məsafədən atıcılıq üzrə qadınların turnirində məlum olacaq.

Yarışlarda daha çox final mərhələləri avqustun 1, 2 və 8-də keçiriləcək. Həmin günlər Tokioda müvafiq olaraq 21, 26 və 30 dəst medallar öz sahiblərinə təqdim ediləcək. Bundan başqa, yüngül atletikanın bir çox növü, o cümlədən sprinter qaçışları üzrə yarışların qalibləri də müəyyən ediləcək. Kişilər arasında marafonun final mərhələsi Olimpiya Oyunlarının bağlanış günü – avqustun 9-da keçiriləcək.

Qızmar havaların olacağı səbəbindən idmançıların və azarkeşlərin səhhəti üçün risklərin qarşısını almaq məqsədilə yarışların əksəriyyəti səhər vaxtı keçiriləcək. İyulun əvvəlində Tokioda aparılacaq Olimpiya məşəlinin estafet marşrutu da təsdiq olunub. O, 2020-ci il martın 26-da Fukusima prefekturasından start götürəcək və 121 gün davam edəcək.

2020-ci il Tokio Olimpiya Oyunları iyulun 24-dən avqustun 9-dək keçiriləcək.
Geri qayıt