Əsas Səhifə > Olimpiya > Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə "Paintball" yarışı keçirilib

Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə "Paintball" yarışı keçirilib


30-03-2019, 14:15


BrendSport.az xəbər verir ki, Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə "Paintball" yarışı keçirilib. Yarışda Paralimpiya Komitəsi, Qarabağ Qaziləri, "Bir Könüllü" təşkilatı və ASAN Radionun komandaları iştirak ediblər.

Yarış may ayında Bakıda “Ruhun zəfəri” devizi altında keçiriləcək para cüdo üzrə beynəlxalq qran-pri turnirinə həsr olunub.

Dörd komandanın mübarizəsində birinci yeri Qarabağ qaziləri qazanıblar. İkinci yerə Paralimpiya Komitəsinin komandası, üçüncü yerə isə "Bir könüllü" təşkilatının komandası çıxıblar. ASAN Radio komandası yarışlarda 4-cü yerlə kifayətləniblər.








Geri qayıt