Əsas Səhifə > Olimpiya > Rafael Ağayev Avropa çempionatının finalına yüksəlib

Rafael Ağayev Avropa çempionatının finalına yüksəlib


28-03-2019, 23:41


Azərbaycan karateçisi Rafael Ağayev İspaniyanın Qvadalaxara şəhərində start götürən Avropa çempionatının finalına yüksəlib.

BrendSport.az xəbər verir ki, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Rafael Ağayev finala gedən yolda Yusid Sulyiçi (Bosniya və Herseqovina), Bekim Başanı (Albaniya), Elhami Şabanini (Kosovo) və Stanislav Horunanı (Ukrayna) mübarizədən kənarlaşdırıb. O, həlledici görüşdə italiyalı Luici Busa ilə üz-üzə gələcək.

Qeyd edək ki, final qarşılaşması martın 30-da keçiriləcək.
Geri qayıt