Əsas Səhifə > Olimpiya > Dünya Güləş Birliyi Olimpiya kateqoriyalı hakimimizə etimad göstərib

Dünya Güləş Birliyi Olimpiya kateqoriyalı hakimimizə etimad göstərib


25-02-2019, 13:22


Yunanıstanın paytaxtı Afinada 15 yaşadək güləşçilər arasında “Acropolis Cup” keçirilib.

BrendSport.az xəbər verir ki, yarışa I-S dərəcəli beynəlxalq hakim Hicran Şərifov rəhbərlik edir. Dünya Güləş Birliyi (UWW) bu vəzifəni məhz həmyerlimizə həvalə edib. İki günlük turnirdə güləşin hər 3 növü üzrə mübarizə baş tutub.

Qeyd edək ki, təcrübəli referi “Pekin 2008”, “London 2012” və “Rio 2016” Yay Olimpiya Oyunlarında hakimlik edib.


Geri qayıt