Əsas Səhifə > Olimpiya > Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başladılar

Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başladılar


28-08-2017, 13:50


Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatına start veriləcək.

BrendSport.az report-a istinadən xəbər verir ki, ilk yarış günündə qadınlar 48 kq, kişilər isə 60 kq çəki dərəcəsində mübarizə aparacaqlar.

Azərbaycanı bu çəkilərdə 3 idmançı təmsil edəcək. Qadınlardan Bazarraqça Erdenebat 1/32 finaldan, Leyla Əliyeva isə 1/16 finaldan mübarizəyə başlayacaq.
Kişilərin yarışında isə dünya və Avropa çempionatlarının mükafatçısı Orxan Səfərov 1/16 finaldan çıxış edəcək.

48 kq
1/32 final. Bazarraqça Erdenebat - Aleksandra Pop (Rumıniya)
1/16 final. Leyla Əliyeva - Funa Tanaki (Yaponiya)

60 kq
1/16 final. Orxan Səfərov - Tapiva Pavari (Zimbabve) / Yanislav Gerçev (Bolqarıstan) cütünün qalibi


Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Azərbaycanı ümumilikdə 9 kişi və 8 qadın cüdoçu təmsil edəcək.
Geri qayıt