Əsas Səhifə > Olimpiya > Sambo Beynəlxalq Olimpiya Komitəsi tərəfindən müvəqqəti tanınıb

Sambo Beynəlxalq Olimpiya Komitəsi tərəfindən müvəqqəti tanınıb


30-11-2018, 15:11


Sambo idman növü Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən müvəqqəti olaraq tanınıb. Bu barədə TASS agentliyinə Beynəlxalq Sambo Federasiyasında (FIAS) məlumat verilib.

BrendSport.az xəbər verir ki, bu qərar BOK-un İcraiyyə Komitəsinin Tokioda keçirilən iclasında qəbul olunub. FIAS-ın prezidenti Vasili Şestakov bununla bağlı deyib: “Bu gün dünyanın bütün samboçularının arzusu yerinə yetib – sambo idman növü kimi Beynəlxalq Olimpiya Komitəsi tərəfindən müvəqqəti olaraq tanınıb”.

BOK-un bu addımı sambonun gələcəkdə Olimpiya proqramına daxil edilməsi, həmçinin FIAS-ın BOK tərəfindən hər il maliyyə vəsaiti almasına imkan verəcək. FIAS Olimpiya ailəsinə daxil olmaqla bağlı niyyətini ilk dəfə 2009-cu ildə elan edib.
Geri qayıt