Əsas Səhifə > Olimpiya > Güləş yığmamızın dünya çempionatı üçün heyəti açıqlandı

Güləş yığmamızın dünya çempionatı üçün heyəti açıqlandı


12-10-2018, 14:57


Oktyabrın 20-dən 28-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatında iştirak edəcək Azərbaycanın güləş üzrə yığmalarının heyəti açıqlanıb.

Oktyabrın 20-23-ü aralığında sərbəst güləşçilər mübarizə aparacaq. Baş məşqçi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Georgi Edişeraşvili (57 kq), Pərviz İbrahimov (61 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (70 kq), Abubakr Abakarov (74 kq), Cəbrayıl Həsənov (79 kq), Murad Süleymanov (86 kq), Şərif Şərifov (92 kq), Aslanbek Alborov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) mundialda qüvvəsini sınayacaq.

Ayın 22-dən 25-dək xalça üzərinə qadın güləşçilər çıxacaq. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun məsul yarışda şans verəcəyi heyətdə Mariya Stadnik (50 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) yer alacaq.

Oktyabrın son günlərində (25-28) isə meydan yunan-Roma güləşçilərinin ixtiyarına veriləcək. Baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Kamran Məmmədov (67 kq), Rəsul Çunayev (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Sabah Şəriəti (130 kq) uğur qazanmağa çalışacaq.

Dünya çempionatında hakimlərimizdən Hicran Şərifov, İntiqam Alıyev və Asif Şirəliyev ədaləti qoruyacaq.
Geri qayıt