Əsas Səhifə > Olimpiya > "Bütün rəqiblərimi diqqətlə izləyirəm ki, dünya çempionatında qalib gəlim”

"Bütün rəqiblərimi diqqətlə izləyirəm ki, dünya çempionatında qalib gəlim”


7-09-2018, 22:59


Sonuncu təlim-məşq toplanışımızı Türkiyə yığması ilə birgə keçirik. Hazırlıq prosesi yaxşı gedir. Əsas hədəfimiz dünya çempionatıdır.

Sport7.az xəbər verir ki, bunu sərbəst güləş üzrə yığmamızın lideri, Olimpiya mükafatçısı, ikiqat Avropa çempionu Cəbrayıl Həsənov jurnalistlərə müsahibəsində deyib.

Avropa çempionu bildirib ki, qardaş ölkənin güləşçiləri ilə birgə toplanış faydalıdır. Hər iki komanda üçün bu hazırlıq xeyir verir. Yarışlara yüksək səviyyədə hazırlaşmışıq. Mundialda maksimum nəticəyə imza atmağa çalışacağıq. Türkiyə yığmasında mənim çəkimdə olan güləşçi ilə Avropa çempionatında qarşılaşmışdım. Ümumiyyətlə, bütün rəqiblərimi diqqətlə izləyirəm ki, dünya çempionatında qalib gəlim”.
Geri qayıt