Əsas Səhifə > Olimpiya > Çin millisi Bakıya tam heyətlə gəlir

Çin millisi Bakıya tam heyətlə gəlir


3-09-2018, 23:04


Çin millisi Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına tam heyətlə qatılacaq. Bakı mundialında 18 çinli cüdoçu tatami üzərinə çıxacaq.

Məşqçilər korpusu dünya çempionatında kişilərin yarışında Yi Şanq (60 kq), Jiqianq Vu (66 kq), Daqa Qinq, Honqyuan Fanq (hər ikisi 73 kq), Riqaqi Nai (81 kq), Hebiliqe Bu, Sueven Vanq (hər ikisi 90 kq), Huilin Lu (100 kq) və Şaotonq Yuana (100 kq-dan yuxarı) şans verəcək.

Qadınların mübarizəsində isə Yao Sionq (48 kq), Şuqen Vu (52 kq), Tonqjuan Lu, Ven Janq (hər ikisi 57 kq), Junsia Yanq (63 kq), Zi Yan (70 kq), Jenjao Ma (78 kq), Yan Vanq və Sin Su (hər ikisi 78 kq-dan yuxarı) birincilik uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı sentyabrın 20-dən 27-dək Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək.
Geri qayıt