Əsas Səhifə > Olimpiya > 2 Avropa çempionatı Bakıda keçiriləcək
2 Avropa çempionatı Bakıda keçiriləcək24-08-2018, 16:55 |
Azərbaycan 2019-cu ildə aerobika və bədii gimnastika üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək. Bu qərar Avropa Gimnastika İttifaqının icraiyyə komitəsinin iclasında qəbul olunub. Milli Gimnastika Arenası ilk dəfə mayın 23-25-də qitənin ən güclü aerobika gimnastlarını qəbul edəcək. Son 5 ildir Azərbaycanda inkişaf etdirilən bu idman növü üzrə çempionatın məhz Bakıda təşkili yerli gimnastların inkişafına müsbət təkan verəcək. Mayın 31-dən iyunun 2-dək isə bədii gimnastika üzrə Avropa çempionatı keçiriləcək. Bununla da Bakıda 4-cü dəfə idmanın bu növü üzrə qitə birinciliyi təşkil olunacaq. AGF 2019-cu ildə idman gimnastikası, batut gimnastikası və tamblinq üzrə dünya kuboku mərhələlərinə, həmçinin bədii gimnastika üzrə dünya kuboku və dünya çempionatına da ev sahibliyi edəcək. Geri qayıt |