Əsas Səhifə > Olimpiya > Məmmədyarovun Karlsen üzərindəki qələbəsi çempionluğu gətirdi
Məmmədyarovun Karlsen üzərindəki qələbəsi çempionluğu gətirdi31-07-2018, 23:48 |
Ənənəvi olaraq hər il keçirilən şahmat üzrə Bile (İveçrə) superturnirinin qalibi bəlli olub. Nüfuzlu yarışı həmyerlimiz Şəhriyar Məmmədyarov qazanıb. “Şah” son 10 ildə qalib gələ bilmədiyi dünyanın bir nömrəli şahmatçısı Maqnus Karlseni məğlub edərək xalını 7-ə yüksəldib və sona bir tur qalmış ən yaxın rəqibini 2 xal qabaqlayaraq çempionluğu erkən rəsmiləşdirib. Qeyd edək ki, 1968-ci ildən keçirilən turnirin son qalibi çinli Hou Yifan olmuşdu. Geri qayıt |