Əsas Səhifə > Olimpiya > Qadın cüdoçularımızın qran-pri heyəti açıqlandı
Qadın cüdoçularımızın qran-pri heyəti açıqlandı31-07-2018, 10:35 |
Qadınlardan ibarət cüdo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Yığmamızın baş məşqçisi Natiq Bağırov Budapeştdə keçiriləcək Qran-pri turnirində 5 idmançını sınaqdan keçirəcək. Macarıstana Gültac Məmmədəliyeva (52 kq), İçinxorlu Munxtsedev, Ülviyyə Rəhimli (hər ikisi 57 kq), Günel Həsənli (70 kq) və İrina Kindzerska (+78 kq) yollanacaq. Avqustun 10-da start götürəcək yarışda 90 ölkədən 666 (395 kişi, 271 qadın) cüdoçunun qatılacağı gözlənilir. Geri qayıt |