Əsas Səhifə > Olimpiya > Qızlarımız bolqarıstanlı həmkarları ilə qarşılaşacaq

Qızlarımız bolqarıstanlı həmkarları ilə qarşılaşacaq


26-07-2018, 14:16


Qadın voleybolçulardan ibarət Bolqarıstan millisi Bakıya gələcək. Dünya çempionatına hazırlaşan balkanlılar ölkəmizə avqustda səfər edəcəklər.

Onlar paytaxtımızda hazırlıqla yanaşı, yığmamızla yoxlama matçları da keçirəcəklər. Azərbaycan və Bolqarıstan milliləri arasında oyunlar avqustun 17-də, 18-də və 19-da olacaq.

Qeyd edək ki, Bolqarıstan dünya çempionatında B, Azərbaycan C qrupunda yer alıb.
Geri qayıt