Əsas Səhifə > Olimpiya > Atletimiz Avropa birinciliyinin qalibi oldu

Atletimiz Avropa birinciliyinin qalibi oldu


22-07-2018, 23:43
Atletimiz Avropa birinciliyinin qalibi oldu

22-29 iyul tarixlərində İtaliyanın Milan şəhərində keçiriləcək 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Avropa birinciliyi start götürüb.

40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnir həmçinin Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Milandakı birincilikdə Azərbaycan yığma komandası da iştirak edir. Bu gün millimizin üzvlərindən daha biri körpücük üzərinə çıxıb. Ömər Cavadov yaşı 17-yə qədər olan oğlanlarda 50 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

Atletimiz möhtəşəm çıxış nümayiş etdirib. O, birdən qaldırma hərəkətində hər üç yanaşmanı uğurla yerinə yetirib və 88 kq nəticə göstərib. Bununla o, bütün rəqiblərini üstələyib və bu hərəkətdə qızıl medal qazanıb.

Ömər eyni uğuru təkanla qaldırma hərəkətində də davam etdirib. Atletimiz bu dəfə 102 kq-ı ram edərək bu hərəkətdə Avropanın gümüş medalçısı olub.

Toplam 190 kq (88+102) nəticə göstərən Ömər Cavadov Avropa birinciliyinin qalibi adını qazanıb. Öz çəkisində rəqib tanımayan atletimiz möhtəşəm uğura imza atıb.
Geri qayıt