Əsas Səhifə > Olimpiya > Boks yığmamız Olimpiadaya hazırlaşır
Boks yığmamız Olimpiadaya hazırlaşır11-07-2018, 18:11 |
Gənc oğlan boksçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplanışına start verilib. Azərbaycan Boks Federasiyasının rəsmi saytının məlumatına görə, komandamız bu dəfə Göygöldə bir araya gəlib. Yığmamızın baş məşqçisi Vaqif Şirinovun rəhbərliyi altında baş tutan toplanışa 12 boksçu qatılıb. Hazırlığın bu mərhələsi iyulun 21-dək davam edəcək. Toplanışda əsasən fiziki, texniki və taktiki çalışmalara üstünlük verilir. Məşqlər Macarıstanda keçiriləcək dünya birinciliyi və Argentinada baş tutacaq Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır. Geri qayıt |