Əsas Səhifə > Olimpiya > Atletimiz olimpiadaya lisenziya qazandı

Atletimiz olimpiadaya lisenziya qazandı


10-07-2018, 15:30


Azərbaycan atleti Rüstəm Məmmədov Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.

Məmmədov buna Macarıstanın Györ şəhərində keçirilən Avropa çempionatında nail olub. O, üç təkanla tullanma növündə 15,16 m nəticə göstərərək, çempionatın bürünc medalına layiq görülüb. Bu nəticə azərbaycanlı atletin ən yaxşı şəxsi nəticəsi olmaqla yanaşı, ona olimpiadaya vəsiqə qazandırıb. Mükafatlandırma mərasimi iyulun 11-də Bakı vaxtı ilə saat 19:50-da olacaq.

Qeyd edək ki, Yeniyetmələrin III Yay Olimpiya Oyunları 6 - 18 oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq.
Geri qayıt