Əsas Səhifə > Olimpiya > “Sizə UCI ailəsi adından dərin təşəkkürümü bildirirəm”

“Sizə UCI ailəsi adından dərin təşəkkürümü bildirirəm”


22-06-2018, 19:13


İyunun 5-9-da Bakıda keçirilən BMX üzrə dünya çempionatı zamanı paytaxtımızda olmuş Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) prezidenti David Lappartien mötəbər yarışın uğurla başa çatması ilə əlaqədar Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin (UEC) Rəhbər Komitəsinin üzvü, dünya çempionatı ilə əlaqədar yaradılmış İşçi Qrupunun rəhbəri Sahib Ələkbərova təşəkkür məktubu göndərib.

BrendSport.az saytı xəbər verir ki, Bakıya səfərindən məmnunluğunu ifadə edən UCI prezidenti dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu xüsusi olaraq vurğulayıb. O qeyd edib ki, bu cür böyük tədbiri təşkil etmək olduqca böyük məsuliyyət və əmək tələb edir. Təşkilat Komətisinin gördüyü işlər Bakıya gələn qonaqların yaddaşlarında xoş xatirələrlə qalacaq.

“Bütün bunları nəzərə alaraq Sizə BMX velosipedinin inkişafına verdiyiniz böyük dəstəyə görə UCI ailəsi adından dərin təşəkkürümü bildirirəm”, deyə David Lappartien fikirlərini tamamlayıb.

Qeyd edək ki, 5 gün davam edən dünya çempionatında planetin 43 ölkəsinin 1520 idmançısı iştirak edib.
Geri qayıt