Əsas Səhifə > Olimpiya > İdmançımız Avropa Oyunlarına lisenziya qazandı

İdmançımız Avropa Oyunlarına lisenziya qazandı


14-06-2018, 21:25


Azərbaycanın qadın kayakçısı Marina-Lorena Manolika 2019-cu ildə Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarına lisenziya qazanıb. 23 yaşlı idmançı bu nailiyyətə Serbiyanın paytaxtı Belqradda keçirilmiş Avropa çempionatında imza atıb.

1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə 40,579 saniyə nəticə göstərən Manolika 12-ci yeri tutaraq, lisenziya normasını yerinə yetirib.

Kişi kayakçıların yarışında isə Mirnazim Cavadov 1 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə finişə 1 dəqiqə 41,922 saniyəyə çataraq, 14-cü yeri tutub. Oyunlara lisenziya verən 200 metr məsafəyə yürüşdə isə 26 yaşlı idmançı yarımfinal səddini adlaya bilməyib.

Qeyd edək ki, II Avropa Oyunları gələn il 20 - 30 iyunda keçiriləcək.
Geri qayıt