Əsas Səhifə > Olimpiya > "Yaşasın Cümhuriyyət”
"Yaşasın Cümhuriyyət”28-05-2018, 17:50 |
Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kunq-Fu Federasiyasının birgə təşkilatçılığı ilə "Sərhədçi” İdman Olimpiya Mərkəzində 26-cı respublika çempionatına yekun vurulub. "Yaşasın Cümhuriyyət” devizi altında kadetlər, yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən yarışda respublikanın müxtəlif regionlarından 30 komandanın tərkibində 500-ə yaxın idmançı mübarizə aparıb. Yarışın rəsmi açılış mərasimində Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, Kunq-Fu Federasiyanın prezidenti, polis kapitanı Nurlan Aslanov çıxış edərək idman sahəsində əldə edilən hər bir uğur və inkişafın bilavasitə Azərbaycan Prezidenti İlham Əliyevin apardığı mütərəqqi, qətiyyətli siyasi faktorlara əsaslandığını diqqətə çatdırıblar. Vurğulanıb ki, Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlar dünyanın bir çox ölkəsinə örnəkdir. Sonra yarışlara start verilib. "Sərhədçi” atletləri çempionatda daha yaxşı çıxış edərək böyüklər arasında kuboka sahib olublar. "Cəlilabad” komandasının yetirmələri gənclər, "Xocalı” klubunun təmsilçiləri isə yeniyetmələr arasında kuboku qazanıblar. Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomu, Kunq-Fu Federasiyasının xüsusi mükafatları təqdim olunub. Geri qayıt |