Əsas Səhifə > Olimpiya > Qış Olimpiya Oyunları: Norveç millisi cəzalandırılıb

Qış Olimpiya Oyunları: Norveç millisi cəzalandırılıb


Bu gün, 13:17


Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) Norveç millisinin xizək komandasını cəzalandırıb.

BrendSport.az
xəbər verir ki, sanksiya İtaliyada keçirilən Qış Olimpiya Oyunları zamanı baş verən qayda pozuntusu ilə bağlı tətbiq olunub.

Estafet yarışının keçirildiyi gün Norveç komandasının əməkdaşlarından biri bağlı elan edilən trasda olub. Bu səbəbdən komanda fevralın 18-dək trasda bir nəfər az heyətlə çalışacaq.

Həmin əməkdaşın səhvini etiraf etdikdən sonra münsiflər heyətindən üzr istədiyi bildirilib.

Qeyd edək ki, “Milan-Kortina-2026” Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.
Geri qayıt