Əsas Səhifə > Olimpiya > Ukraynalı idmançı Qış Olimpiya Oyunlarından kənarlaşdırılıb

Ukraynalı idmançı Qış Olimpiya Oyunlarından kənarlaşdırılıb


Bu gün, 13:43


Ukraynalı skeletonçu Vladislav Qeraskeviç İtaliyada keçirilən Qış Olimpiya Oyunlarından kənarlaşdırılıb.

BrendSport.az
xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsi (IOC) qərar qəbul edib.

Diskvalifikasiyaya idmançının yarış vaxtı qanunsuz dəbilqədən istifadə etməsi səbəb olub. Belə ki, o, xəbərdarlığa baxmayaraq, üzərində müharibədə həlak olan idmançıların şəkilləri olan dəbilqə geyinib.

Qeyd edək ki, “Milan-Kortina-2026” Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.
Geri qayıt