Əsas Səhifə > Olimpiya > Azərbaycan taekvondoçusu Yay Olimpiya Festivalında erməni rəqibinə qalib gəlib

Azərbaycan taekvondoçusu Yay Olimpiya Festivalında erməni rəqibinə qalib gəlib


23-07-2025, 17:30


XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində keçirilən taekvondo yarışlarına start verilib.

BrendSport.az
xəbər verir ki, ilk yarış günündə Azərbaycanın üç idmançısı mübarizə aparır.

Artıq yığma üzvlərindən Mehdi Budaqlı dayanq üzərinə çıxıb. 48 kiloqram çəki dərəcəsində mübarizə aparan dünya və Avropa çempionumuz ilk mərhələdə rəqib görüşə çıxmadığına görə qalib elan edilib. Təmsilçimiz 1/16 finalda isə ermənistanlı Sergey Davtyana qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

Onun 1/8 finaldakı rəqibi türkiyəli Altuq Keske olacaq.
Geri qayıt