Əsas Səhifə > Olimpiya > Azərbaycanın üç cüdoçusu Yay Olimpiya Festivalında qızıl medal qazanıb
Azərbaycanın üç cüdoçusu Yay Olimpiya Festivalında qızıl medal qazanıb23-07-2025, 08:00 |
![]() Şimali Makedoniyanın paytaxtı Skopyedə XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində cüdo yarışları start götürüb. BrendSport.az xəbər verir ki, ilk yarış günündə üç çəki dərəcəsində Azərbaycanın 3 cüdoçusu tatami üzərinə çıxıb. Gülşən Hüseynova (44 kiloqram), Rza Xəlilli (50 kiloqram) və Rəsul Əlizadə (55 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıL medala layiq görülüblər. Beləliklə, aktivində 3 qızıl medal olan yığmamız medalların əyarına görə ümumi komanda hesabında birinci pillədə qərarlaşıb. Turnirin növbəti günlərində milli komandanın daha 9 (4 oğlan, 5 qız) cüdoçusu qüvvəsini sınayacaq. ![]() ![]() Geri qayıt |