Əsas Səhifə > Olimpiya > Bu gün cüdoçularımız Skopye-2025-də mübarizəyə başlayırlar
Bu gün cüdoçularımız Skopye-2025-də mübarizəyə başlayırlar22-07-2025, 15:00 |
![]() Bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində cüdo yarışlarına start veriləcək. BrendSport.az xəbər verir ki, ilk yarış günündə üç çəki dərəcəsində 3 cüdoçumuz tatami üzərinə çıxacaq. Əsas medal ümidlərimizdən olan cüdo yarışlarında qızlar arasında Gülşən Hüseynova (-44 kq), oğlanların mübarizəsində isə Rza Xəlilli (-50 kiloqram) və Rəsul Əlizadə (-55 kiloqram) qüvvəsini sınayacaq. Mübarizəyə 1/4 finaldan başlayacaq Avropa üçüncüsü Gülşən Hüseynova ilk qarşılaşmasında Sara Coni (Böyük Britaniya) - Laura-Sofi Kunyik (Avstriya) görüşünün qalibi ilə qarşılaşacaq. Rza Xəlilli isə 1/8 finalda Şimali Makedoniya təmsilçisi Angel Radevski ilə üz-üzə gələcək. İlk mərhələdən azad olan son Avropa çempionumuz Rəsul Əlizadə isə 1/8 finalda Nikita Tataryin (Ukrayna) - Riad Kasapi (Kosovo) görüşünün qalibi ilə mübarizə aparacaq. Yan Sandanski İdman Mərkəzində keçirilən yarışın təsnifat görüşləri Bakı vaxtı ilə saat 14:30-dan etibarən başlayacaq. Final blokuna isə 19:00-da start veriləcək. Geri qayıt |