Əsas Səhifə > Olimpiya > “Paris-2024”: Azərbaycan paraüzgüçüsü finalda
“Paris-2024”: Azərbaycan paraüzgüçüsü finalda5-09-2024, 13:40 |
Azərbaycan paraüzgüçüsü Vəli İsrafilov Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb. BrendSport.az xəbər verir ki, SB13 kateqoriyasında çıxış edən idmançı 100 metr məsafəyə brass (qurbağa) üsulu ilə üzmə yarışında gücünü yoxlayıb. O, 1:05.82 nəticə ilə finiş xəttinə üçüncü çatıb. Bu göstərici ilə ilk "8-lik”də yer alan V.İsrafilov final mərhələsinə vəsiqə qazanıb. Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş və 2 bürünc medal var. “Paris-2024” Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq. Geri qayıt |