Əsas Səhifə > Olimpiya > Paris-2024: Paralimpiyaçımız mübarizəyə başlayır
Paris-2024: Paralimpiyaçımız mübarizəyə başlayır3-09-2024, 12:08 |
Paris-2024 Yay Paralimpiya Oyunları davam edir. BrendSport.az xəbər verir ki, paralimpiya və 4 qat dünya çempionu Lamiyə Vəliyeva bu gün - yarışın altıncı günündə mübarizəyə qoşulacaq. O, T13 kateqoriyası üzrə 100 metr məsafəyə qaçışda gücünü sınayacaq. Yarışın bu kateqoriya üzrə təsnifat mərhələsi saat 13.04-də, final mərhələsi isə 21:00-da başlayacaq. Qeyd edək ki, Azərbaycan yığması Paris-2024 Yay Paralimpiya Oyunlarında 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb. Geri qayıt |