Əsas Səhifə > Olimpiya > “Paris-2024”: Azərbaycan paraüzgüçüsü finala vəsiqə qazanıb

“Paris-2024”: Azərbaycan paraüzgüçüsü finala vəsiqə qazanıb


31-08-2024, 11:44


Azərbaycan paraüzgüçüsü Raman Saley “Paris-2024” Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.

BrendSport.az
xəbər verir ki, S12 kateqoriyasında çıxış edən Paralimpiya çempionu 100 metr məsafəyə arxası üstə üzmə yarışında qüvvəsini sınayıb.

Finişə 1 dəqiqə 1,29 saniyə ilə birinci çatan paraüzgüçü finala vəsiqəni təmin edib.

Final mərhələsi Bakı vaxtı ilə 19:30-da başlayacaq.
Geri qayıt