Əsas Səhifə > Olimpiya > Paris-2024: Azərbaycan parataekvondoçusu yarımfinala yüksəlib

Paris-2024: Azərbaycan parataekvondoçusu yarımfinala yüksəlib


29-08-2024, 16:26


Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.

BrendSport.az
xəbər verir ki, K44 kateqoriyasında yer alan idmançı 1/4 final mərhələsində Yaponiya təmsilçisi Mitsuya Tanaka ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn (6:5) Zeynalov yarımfinala yüksəlib.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.
Geri qayıt