Əsas Səhifə > Olimpiya > Paris-2024: Niderlandlı atlet marafonda 1-ci olub

Paris-2024: Niderlandlı atlet marafonda 1-ci olub


11-08-2024, 12:50


Paris-2024 Olimpiadasına qadınların marafon yarışı başa çatıb.

BrendSport.az
xəbər verir ki, niderlandlı Sifan Hassan Olimpiya çempionu tituluna yiyələnib.

2:22:55 saniyəlik nəticə göstərən atlet həm Olimpiya rekordunu təzələyib. Növbəti yerləri Efiopiya və Keniya idmançıları tutublar.

Hassan Fransa paytaxtında 3-cü medalını qazanıb. Bundan əvvəl o, 5000 və 1000 m məsafələrə qaçışda bürünc medala sahib olub. Analoji məsafələrə Tokio-2020 Olimpiadasında qızıl qazanan Hassan Parisdə 3 qat Olimpiya çempionu tituluna yiyələnib.

Qeyd edək ki, Oyunlarda marafon yarışı ilə atletika proqramına yekun vurulub.
Geri qayıt