Əsas Səhifə > Olimpiya > Paris-2024: Maqomedxan Maqomedovun rəqibi bəlli olub

Paris-2024: Maqomedxan Maqomedovun rəqibi bəlli olub


11-08-2024, 13:30


Bu gün Paris-2024 Yay Olimpiya Oyunlarına yekun vurulacaq.

BrendSport.az
xəbər verir ki, multiidman tədbirinin son günündə sərbəst güləşçilər də mükafatlar uğrunda mübarizə aparacaq.

Azərbaycan yığmasının Fransa paytaxtındakı son təmsilçisi də xalça üzərinə çıxacaq. Maqomedxan Maqomedov medal üçün mübarizə aparacaq.

Sərbəst güləş
97 kq
Təmsilçimiz Maqomedxan Maqomedov son sınağına çıxacaq. O, bürünc medal uğrunda görüşdə Murazi Mçelidze (Ukrayna) ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, bu gün Olimpiadanın bağlanış mərasimi keçiriləcək.
Geri qayıt