Əsas Səhifə > Olimpiya > Paris-2024: Yokiçdən tarixi nəticə

Paris-2024: Yokiçdən tarixi nəticə


10-08-2024, 18:49


Serbiyalı basketbolçu Nikola Yokiç olimpiadalar tarixinə düşüb.

BrendSport.az
xəbər verir ki, o, Oyunlarda tripl-dabl edən 4-cü basketbolçu olub.

Yokiç bu uğura Almaniya ilə keçirilən 3-lük matçında imza atıb. 29 yaşlı idmançı vacib görüşdə 19 xal, 12 ribaund və 11 ötürməlik nəticə göstərib. Daha əvvəl Lebron Ceyms (2012, 2024), Luka Donçiç (2020) və Aleksandr Belov (1976) tripl-dablla yadda qalıblar.

Qeyd edək ki, məhz Nikolanın uğurlu oyunu sayəsində Serbiya Almaniyanı 93:83 hesabı ilə məğlub edərək, bürünc medallara yiyələnib.
Geri qayıt