Əsas Səhifə > Olimpiya > Paris-2024: Meşvildişvili yarımfinalda

Paris-2024: Meşvildişvili yarımfinalda


9-08-2024, 15:07


Paris-2024 Yay Olimpiya Oyunlarının güləş yarışları davam edir.

BrendSport.az
xəbər verir ki, bu gün daha iki çəkidə mübarizə aparan sərbəst güləşçilər xalçaya çıxıb.

Azərbaycan millisinin iki pəhləvanı da yarışa start verib.

Sərbəst güləş
74 kq
Turan Bayramov mübarizəyə 1/8 finaldan başlayıb. Avropa çempionatlarının üçqat mükafatçısı ilk qarşılaşmada albaniyalı Çermen Valiyevlə görüşüb. Bayramov 3:0 hesabı ilə öndə olsa da, yekunda 3:4 hesabı ilə uduzub.

125 kq
Giorgi Meşvildişvili 1/4 finala vəsiqə üçün misirli Diaeldin Abdelmottaleb qarşılaşıb. Görüş qitə çempionatlarında iki bürünc qazanmış təmsilçimizin qələbəsi ilə başa çatıb. O, 4:0 hesabı ilə qalib gəlib. Meşvildişvili ardınca Lxaqvaqerel Munxtura (Monqolustan) da gücünü göstərib. Rəqibini 12:2 hesabı ilə məğlub edən güləşçimiz yarımfinala yüksəlib.

Qeyd edək ki, Parisə 6 idmançı ilə yollanan sərbəst güləş millimizin təmsilçilərindən Əliabbas Rzazadə (57 kq) və Osman Nurmaqomedov (86 kq) Olimpiada ilə vidalaşıb, Hacı Əliyevlə (65 kq) Maqomedxan Maqomedov (97 kq) sabah xalçaya çıxacaq.
Geri qayıt