Əsas Səhifə > Olimpiya > Ukraynanı təmsil edən azərbaycanlı idmançı Paris-2024-də gümüş medal qazanıb
Ukraynanı təmsil edən azərbaycanlı idmançı Paris-2024-də gümüş medal qazanıb8-08-2024, 22:11 |
Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb. BrendSport.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə həmyerlimiz finalda iranlı Səid Esmaili Leyvesi ilə qarşılaşıb. Rəqibinə sonuncu xal prinsipinə (5:5) əsasən uduzan Pərviz gümüş medalla kifayətlənib. Qeyd edək ki, bu, Nəsibovun olimpiadalar tarixində ikinci mükafatı olub. O, daha əvvəl Tokio-2020 Yay Olimpiya Oyunlarında ikinci yeri tutub. Geri qayıt |