Əsas Səhifə > Olimpiya > Paris-2024: Zöhrə Ağamirova 19-cu olub

Paris-2024: Zöhrə Ağamirova 19-cu olub


8-08-2024, 20:37


Paris-2024 Yay Olimpiya Oyunlarında bədii gimnastika yarışlarına start verilib.

BrendSport.az
xəbər verir ki, fərdi çoxnövçülükdə çıxış edən 24 iştirakçı təsnifat mərhələsini başa vurub.

Azərbaycan gimnastı Zöhrə Ağamirova 4 hərəkətin yekununda 117,850 xal toplayıb. Onun topla çıxışı 30,200, halqa ilə 32,500, lentlə 28,400 və gürzlərlə 26,750 xalla qiymətləndirilib. Ağamirova bu göstərici ilə yarışı 19-cu pillədə başa vurub.

Təsnifat mərhələsini italiyalı Sofiya Raffaeli lider kimi yekunlaşdırıb – 139,100.

Qeyd edək ki, dörd hərəkətin yekununda ilk 10 yeri tutan gimnastlar sabahkı finala vəsiqə qazanıb.
Geri qayıt