Əsas Səhifə > Olimpiya > Paris-2024: Sabah Şəriəti bürünc medal uğrunda güləşəcək
Paris-2024: Sabah Şəriəti bürünc medal uğrunda güləşəcək6-08-2024, 00:00 |
Paris-2024 Yay Olimpiya Oyunları davam edir. BrendSport.az xəbər verir ki, bu gün güləş yarışlarına start verilib. İlk gündə yunan-Roma güləşçiləri xalçaya çıxıblar. Azərbaycan millisinin iki pəhləvanı da Olimpiadada mübarizəyə başlayıb. Onlardan Sabah Şəriəti yarımfinala kimi irəliləsə də, bu mərhələdə məğlub olub. O, avqustun 6-da bürünc medal uğrunda güləşəcək. Yunan-Roma güləşi 60 kq Murad Məmmədov 1/8 final görüşünə çıxıb. O, Venesuela təmsilçisi Rayber Xose Rodriges Orozko ilə qarşılaşıb və 5:6 hesabı ilə uduzub. Cənubi amerikalı isə növbəti qarşılaşmada məğlub olduğu üçün Olimpiada Məmmədov üçün başa çatıb. 130 kq Sabah Şəriəti də mübarizəyə 1/8 finaldan başlayıb. Pəhləvanımız estoniyalı Heiki Nabi ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə yekunlaşsa da, Şəriəti sonuncu xal prinsipinə əsasən mərhələ adlayıb. O, 1/4 finalda Alımxan Sızdıkovla (Qazaxıstan) güləşib. Sabah bu dueldən də qalib ayrılıb - 4:0. Milli üzvü finala gedən yolda Mixain Lopeslə (Kuba) üzü-üzə gəlib. Qarşılaşma titullu rəqibin qələbəsi ilə bitib. Kubalı 4:1 hesabı ilə qalib gəlib. Şəriəti bir gün sonra 3-cü yer uğrunda yarışacaq. Onun rəqibi Amin Mirzəzadə (İran) – Seunqçan Li (Koreya) görüşünün qalibi olacaq. Qeyd edək ki, Azərbaycan yunan-Roma güləşi yığması Paris-2024-də 5 idmançı ilə təmsil olunur. Geri qayıt |