Əsas Səhifə > Olimpiya > “Paris-2024”: Azərbaycan üzgüçüsü yarımfinala yüksələ bilməyib

“Paris-2024”: Azərbaycan üzgüçüsü yarımfinala yüksələ bilməyib


3-08-2024, 13:20


Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah “Paris-2024” Yay Olimpiya Oyunlarında qüvvəsini sınayıb.

BrendSport.az
xəbər verir ki, üzgüçü 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışının təsnifat mərhələsində çıxış edib.

Məsafəni 26,76 saniyəyə qət edən idmançı öz qrupunu 3-cü pillədə tamamlayıb. Ümumi sıralamada isə 35-ci olan M.Şeyxəlizadəxangah yarımfinala vəsiqə qazana bilməyib və mübarizəni dayandırıb.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, boksçu Alfonso Dominqes (92 kiloqram) isə yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc mükafatı təmin edib.
Geri qayıt