Əsas Səhifə > Olimpiya > Azərbaycan üzgüçüsü: Paris Olimpiadasında təşkilatçılıqla bağlı bəzi çətinliklər var

Azərbaycan üzgüçüsü: Paris Olimpiadasında təşkilatçılıqla bağlı bəzi çətinliklər var


3-08-2024, 14:52


Yarış mənim üçün yaxşı keçdi. Sadəcə, bu məsafəyə yarışda idmançı sayı çox olduğu üçün rəqabət də böyükdür. Buna baxmayaraq, nəticəmi yaxşı hesab edirəm.

BrendSport.az
xəbər verir ki, bu sözləri Azərbaycan üzgüçüsü Məryəm Şeyxəlizadəxangah “Paris-2024” Yay Olimpiya Oyunlarındakı çıxışı barədə danışarkən deyib.

Əlli metr məsafəyə sərbəst üsulla üzmə yarışını 35-ci pillədə başa vuran idmançı gələcəkdə daha uğurlu nəticələr qazanmağa çalışacağını bildirib: “Hər yarış bir təcrübədir. Daha ciddi məşq edib qarşıdakı turnirlərdə nəticəmi yaxşılaşdırmaq istəyirəm”.

Tokio və Paris olimpiadalarını müqayisə edən üzgüçü 2021-ci ildəki yarışın daha yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb: “Burada müəyyən çətinliklər var. İstər qaldığımız yerdən məşq zalına qədər olan məsafə, istər yemək baxımından Tokio Olimpiadası daha üstün idi. Buna baxmayaraq, yaxşı nəticə göstərdim”.

Qeyd edək ki, Məryəm Şeyxəlizadəxangah 50 metr məsafəni 26,76 saniyəyə qət edərək öz qrupunda 3-cü olub.
Geri qayıt