Əsas Səhifə > Olimpiya > Millimiz məğlubiyyətlə başladı

Millimiz məğlubiyyətlə başladı


31-08-2017, 22:35


21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib.

5-ci qrupda yarışan Azərbaycan yığması ilk oyununa çıxıb. Millimiz Akko şəhərindəki "Munisipal" stadionunda İsrail yığmasının qonağı olub.

Dörd qolun vurulduğu oyun millimizin məğlubiyyəti ilə başa çatıb. Erkən qol buraxan millimiz rəqibin 25-ci dəqiqədə azlıqda qalmasından demək olar ki, faydalana bilməyib. Əksinə, sonradan daha iki qol buraxan futbolçularımız yalnız təsəlli topunu vurmağı bacarıblar.

AÇ-2019-un seçmə mərhələsi, 5-ci qrup

31 avqust

İsrail - Azərbaycan 3:1

Qol: M.Barşazki, 12. E.Peretz, 38. M.Plakuşçenko, 57. E.Cəfərov, 70.

Geri qayıt