Əsas Səhifə > Olimpiya > Olimpiya Oyunlarının ev sahibliyi üçün rüşvət qalmaqalı

Olimpiya Oyunlarının ev sahibliyi üçün rüşvət qalmaqalı


10-04-2018, 17:11


Cənubi Koreya XXIII Qış Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün rüşvət verib.

Beynəlxalq Olimpiya Komitəsinin (İOC) 27 üzvü Pxençxanın namizədliyini marketinq və sponsorluq müqavilələri qarşılığında dəstəkləyiblər.

Bu, Cənubi Koreyanın sabiq prezidenti Li Men Baka qarşı aparılan araşdırmalar zamanı üzə çıxıb. Rüşvət alan 27 nəfərdən 12-sinin Afrika ölkələrinin Milli Olimpiya Komitələrinin üzvləri olduğu bildirilir.

27 nəfərlik siyahının hazırlanmasında İOC-a Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının sabiq prezidenti Lamin Diakın oğlu köməklik göstərib. XXIII Qış Olimpiya Oyunları 9 – 25 fevralda Cənubi Koreyanın Pxençxan şəhərində keçirilib.
Geri qayıt