Əsas Səhifə > Olimpiya > Boksçular Azərbaycanın ən güclülərini müəyyənləşdirəcək

Boksçular Azərbaycanın ən güclülərini müəyyənləşdirəcək


26-03-2018, 17:03


Bu gün yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start verilib. Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən yayılan məlumata görə, Boks Mərkəzində təşkil olunan yarışa 50-yə yaxın komandanın 294 idmançısı qatılıb.

2004-2005-ci il təvəllüdlü boksçular arasında keçirilən birincilikdə 19 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.

Final qarşılaşmaları isə martın 31-də olacaq.

Apasport.az
Geri qayıt