Əsas Səhifə > Olimpiya > BMT Paris Oyunları dövründə Olimpiya barışığı elan edilməsinə çağırıb
BMT Paris Oyunları dövründə Olimpiya barışığı elan edilməsinə çağırıb22-11-2023, 13:17 |
BMT Baş Assambleyası növbəti il Fransa paytaxtında keçiriləcək Olimpiya Oyunları dövründə barışığa əməl edilməsi ilə bağlı ölkələrə çağırış ehtiva edən qətnamə qəbul edib. BrendSport.az xəbər verir ki, BMT Baş Assambleyasının bu sənədini 2024-cü il Olimpiya Oyunları təşkilat komitəsinin rəhbəri Toni Estange Parisdə təqdim edib. O deyib: “Olimpiya Oyunları idmanın gücünün ən yaxşı təcəssümüdür, çünki onlar qlobal dəyərlər kimi tolerantlıq, hörmət və qarşılıqlı mübadilə nümayiş etdirir. Müasir Olimpiya Oyunlarının dirçəlişi ilə əlaqəli bir ölkə 100 illik fasilədən sonra 33-cü Yay Olimpiya Oyunları və sayca 17-cisi keçiriləcək Paralimpiya Oyunlarına ilk dəfə ev sahibliyi edəcək... Mən Parisdə 2024-cü il Paralimpiya və Olimpiya Oyunları kontekstində daha yaxşı idman dünyası üçün qətnaməni təqdim etməkdən şərəf duyuram”. Təqdim olunan “İdman və Olimpiya ideallarının təcəssümü vasitəsilə planetdə sülhün bərqərar olması və daha xoşbəxt həyatın qurulması” adlı qətnamə doqquz bənddən ibarətdir. Birincisi, Olimpiadanın açılışına yeddi gün qalmış başlayan və Paralimpiya Oyunlarının bağlanış mərasimindən yeddi gün sonra başa çatan müddət ərzində Olimpiya barışığına hörmət etməyə, habelə idmançıların, rəsmi nümayəndələrin və bütün digər akkreditə olunmuş şəxslərin təhlükəsiz keçidini, girişini və iştirakını təmin etməyə çağırışdır. Bundan əlavə, sənəddə "idman potensialını maksimum dərəcədə artırmaq məqsədilə üzv ölkələr, BMT, eləcə də ixtisaslaşmış qurumlar, fondlar və proqramlar, Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Paralimpiya Komitəsi arasında əməkdaşlıq alqışlanır". Geri qayıt |