Əsas Səhifə > Olimpiya > IOC beş idman növünün ABŞ-dakı olimpiadanın proqramına salındığını təsdiqləyib
IOC beş idman növünün ABŞ-dakı olimpiadanın proqramına salındığını təsdiqləyib14-10-2023, 08:11 |
Beynəlxalq Olimpiya Komitəsi (IOC) 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına 5 idman növünün daxil edildiyini təsdiqləyib. BrendSport.az xəbər verir ki, IOC-un İcraiyyə Komitəsinin qərarına əsasən, bayraqlı futbol (Amerika futbolunun təmassız versiyası), kriket, lakross, skvoş və beysbol/softbol proqrama salınıb. IOC prezidenti Tomas Bax təklif edilən növlərin ABŞ-ın idman mədəniyyətinə tam uyğun olduğunu bildirib. Qeyd edək ki, olimpiadanın 2028-ci il 14 iyul - 30 iyul aralığında keçirilməsi planlaşdırılır. Geri qayıt |