Əsas Səhifə > Olimpiya > Cənubi Koreyada Olimpiada start götürüb

Cənubi Koreyada Olimpiada start götürüb


8-02-2018, 12:47


Bu gün Cənubi Koreyada Qış Olimpiya Oyunlarının ilk yarışları start götürüb.

BrendSport.az “Deutsche Welle”yə istinadən xəbər verir ki, Pyanqçanq şəhərinin kerlinq mərkəzində dabl-mikstdə çıxış edən rusiyalı idmançılar ABŞ komandasına 3:9 hesabı ilə məğlub olub.

Bu gün, eyni zamanda, tramplindən tullanma üzrə yarış start götürür.

Olimpiya Oyunlarının rəsmi açılış mərasimi fevralın 9-da keçiriləcək. Oyunlar fevralın 25-nə kimi davam edəcək. Pyanqçanqda keçirilən oyunlarda atletlər 102 medal uğrunda yarışacaq.
Geri qayıt