Əsas Səhifə > Olimpiya > Jurnalist məşhur baş məşqçinin cavabını maraqlı üsulla verdi

Jurnalist məşhur baş məşqçinin cavabını maraqlı üsulla verdi


30-08-2017, 15:05


Rumıniya millisinin baş məşqçisi Kristof Daum mətbuat konfransında maraqlı vəziyyətlə qarşılaşıb.

BrendSport.az goal.az-a istinadən xəbər verir ki, alman mütəxəssisə mətbuat konfransında yerli "Gazete Sporturilor" qəzetinin əməkdaşı tərəfindən balıq tutmaq üçün qarmaq verilib.

Jurnalistin bunu etməsinə səbəb Daumun müsahiblərinin birində həmin qəzetin yalnız balıq bükmək üçün yararlı olduğunu deməsi olub.

Xatırladaq ki, Rumıniya millisi hazırda seçmə mərhələdə 6 xalla 4-cü pillədə qərarlaşıb. Yığma keçirdiyi 6 oyunun, sadəcə, 1-də qalib gəlib.
Geri qayıt