Əsas Səhifə > Olimpiya > İdmançımız 317 idmançı arasında 20-ci oldu

İdmançımız 317 idmançı arasında 20-ci oldu


27-01-2018, 14:15


Almaniyanın Haydenhaym şəhərində 317 nəfər idmançının qatıldığı qılıncoynatma üzrə kişilərin Dünya Kuboku yarışı başa çatıb.

Şpaqaçımız Kənan Əliyev sözügedən yarışda çıxışını başa vurub. 1/32 finalda rumıniyalı Andrey Timoceyə qalib gələrək, növbəti mərhələyə yüksələn Kənanın rəqibi Cənubi Koreya təmsilçisi Kveon Yanqjun olub. Şpaqaçımızın 1/16 final qarşılaşması rəqibin qələbəsi ilə başa çatıb.

Beləliklə, Kənan 317 idmançının yarışdığı Dünya Kubokunda 20-ci yeri tutub.
Geri qayıt